Bu il Azərbaycanda 55 beynəlxalq yarış keçirilib

17:52 29 Dekabr 2014
131 İdman
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 17:47 ]

Bakı. Gülnar Bəşirova - APA. “2014-cü ildə respublikada fəaliyyət göstərən federasiyalarla birlikdə ölkəmizdə 300-dən çox respublika yarışları (2013-cü ildə 298 yarış), 55 beynəlxalq yarış (2013-cü ildə 57 yarış) keçirilib”.

 

APA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün 2014-cü ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

 

A.Rəhimov bildirib ki, bu il xarici ölkələrdə keçirilən 320 beynəlxalq yarışda (2013-cü ildə 281yarış) ölkə yığma komandalarının iştirakı təmin olunub: “2014-cü il ərzində Olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda - Dünya və Avropa çempionat və birinciliklərində, kubok yarışlarında 275 qızıl, 255 gümüş və 275 bürünc, ümumilikdə isə 805 medal (2013-cü ildə 782 medal - 280 qızıl, 233 gümüş, 269 bürünc) əldə edilib. Bunlardan 278-i medal (89 qızıl, 80 gümüş, 109 bürünc) olimpiya, 527 medal isə (186 qızıl, 175 gümüş, 166 bürünc) qeyri-olimpiya idman növlərindən olub”.

 

Nazir onu da vurğulayıb ki, 2014-cü il ərzində müxtəlif idman növləri üzrə 98 məşqçi-müəllimə ixtisas kateqoriyası verilib: “O cümlədən 3 nəfər ali, 83 nəfər birinci və 12 nəfər ikinci ixtisas kateqoriyası alıb. Bakıda Azərbaycanın beynəlxalq aləmdə təbliği baxımından mühüm əhəmiyyət kəsb edən və 100-dən çox ölkənin nümayəndələrinin iştirakı ilə Dünya İdman Mətbuatı Assosiasiyasının (AIPS) 77-ci konqresi, 38 ölkədən 700-ə yaxın idmançının iştirakı ilə Yeniyetmələrin II Olimpiya Yay Oyunlarına lisenziya xarakterli atletika üzrə Avropa Təsnifat Turniri, 33 ölkənin 500-dən çox gimnast və rəsmi nümayəndə heyətinin iştirakı ilə bədii gimnastika üzrə 30-cu Avropa çempionatı, taekvondo üzrə Avropa çempionatı və yeniyetmələr arasında dünya birinciliyi və digər tədbirlər yüksək səviyyədə təşkil edilərək keçirilib”.

 

Mətbuat konfransında nazir bu il idman üzrə əldə olunan uğurlu nəticələrdən də danışıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367651

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR