Prezident İlham Əliyev Milli Məclisin sədri Oqtay Əsədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, Oqtay Sabir oğlu Əsədov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.