Heydər Əliyev Fondu körpələrə bayram sevinci bəxş edib

18:48 29 Dekabr 2014
83 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Dekabrın 29-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə uşaqlar üçün bayram şənliyi keçirilib.

Trend-in AzərTAc-a istinadən verdiyi məlumata görə, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsipi uşaqların keyfiyyətli təhsili, onlara yüksək səviyyəli tibbi xidmət göstərilməsi, qayğı ilə əhatə olunmaları, sağlam mənəvi və sosial müdafiə mühitdə böyümələri, bütöv şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmaları üçün əlverişli şəraitin yaradılmasıdır.

Qeyd edilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşıb. Son illərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına və kütləviləşməsinə səbəb olub. Heydər Əliyev Fondu uşaqların intellektual inkişafı, onların yüksək mədəniyyətə malik sağlam insanlar kimi böyüyüb boya-başa çatmaları üçün mühüm əhəmiyyətə malik layihələr həyata keçirir.

Sonra bayram konserti olub. Şaxta baba, Qar qız, cizgi film personajlarının, nağıl qəhrəmanlarının şən zarafatları, incəsənət ustalarının çıxışları bayram ovqatını daha da artırıb.

Sonda uşaqlara hədiyyələr verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR