Ronaldo 2-ci, Messi 4-cü oldu

Ronaldo 2-ci, Messi 4-cü oldu
18:51 29 Dekabr 2014
181 İdman
Ölkə mətbuatı
A- A+

2014-cü ildə ən çox qazanan idmançıların siyahısı açıqlanıb.

ANS PRESS-in məlumatına görə, siyahıda 2 boksçu, 2 futbolçu, 2 basketbolçu, 2 tennisçi, 2 qolfçu və 1 amerikan futbolçusu var.

2014-cü ildə ən çox qazanc əldə edən idmançı Floyd Mayveterdi. Amerikalı boksçunun illik qazancı 105 milyon dollar olub. İkinci sırada yer alan futbolçu Kriştiano Ronaldo ondan düz 25 milyon dollar az qazanıb. İlk “üçlüy”ü isə məşhur basketbolçu Lebron Ceyms qapayır.

1. Floyd Mayveter (boksçu) - 105 milyon dollar
2. Kriştianu Ronaldo (futbolçu) - 80 milyon
3. Lebron Ceyms (basketbolçu) - 72,3 milyon
4. Lionel Messi (futbolçu) - 64,7 milyon
5. Kobe Brayant (basketbolçu) - 61,5 milyon
6. Tayger Vuds (qolfçu) - 61,2 milyon
7. Roje Federer (tennisçi) - 56,2 milyon
8. Fil Mikelson (qolfçu) - 53,2 milyon
9. Rafael Nadal (tennisçi) - 44,5 milyon
10. Matt Ryan (amerikan futbolçusu) - 43,8 milyon
11. Manni Pakiao (boksçu) - 41,8 milyon

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=316978

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR