Çörçill müsəlman olmaq istəyib?

Çörçill müsəlman olmaq istəyib?
19:06 29 Dekabr 2014
94 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın sabiq baş naziri Uinston Çörçill İslam dinini qəbul etməyə çox yaxın olub.

ANS PRESS-in məlumatına görə, bu barədə Britaniya mətbuatında dərc olunan məktub üzə çıxarıb. Məktubda deyilir ki, Birləşmiş Krallığı ikinci dünya müharibəsindən qalib çıxaran baş nazirin ailəsi Çorçilin bu addımı atacağından narahat imişlər.

Kembric Universitetinin alimi Uorren Dokter sonralar Baş nazirin qardaşı Cekə ərə gedən Qvendolin Bertinin 1907-ci ildə yazdığı məktubu dərc edib. Q.Berti U.Çörçillə ünvanlanan məktubda yazırdı: “Zəhmət olmasa, İslamı qəbul etmə. Mən səndə səni paşalara oxşadan Şərq meyilləri görürəm". Cavabında U.Çörçill yazır: “Olmaq istərdim”.

Alimin sözlərinə görə, baş nazir heç vaxt ciddi şəkildə İslamı qəbul etmək barədə düşünməyib: “O, həmin dövrdə ehtimal ki, daha çox ateist idi. Bununla belə, müsəlman mədəniyyətinə heyran idi. Bu o zaman viktorian dövrünün insanlarını birləşdirirdi”.

Britaniyanın məşhur siyasətçisi müsəlman dini və mədəniyyəti ilə Sudanda zabit kimi xidmət edərkən tanış olub. Bundan başqa, ərəbşünas və şair Uilfrid Blant onun dostu idi. Lakin U.Dokterin qeyd etdiyi kimi, onların dost olmasına və “Blantın ekssentrik əyləncə gecələrində ərəb qiyafəsində geyinmələrinə” baxmayaraq, onlar nadir hallarda nədəsə razılaşırdılar.

1940-cı ildə U.Çörçill müharibədə müsəlman ölkələrinin loyallığını qazanmaq üçün Londonun mərkəzi məscidinin tikintisi planını bəyənib və bunun üçün 100 min funt ayırıb.

Qeyd edək ki, U.Çörçill 1940-1945-ci və 1951-1955-ci illərdə Böyük Britaniyanın Baş naziri olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316973

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR