İsveçdə daha bir məscid yandırılıb.
ANS TV-nin “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Eslev şəhərində baş verən yanğın hadisəsi nəticəsində xəsarət alan olmayıb.
Polis yanğının qəsdən törədildiyini ehtimal edir.
Xatırladaq ki, dekabrın 25-də də oxşar hadisə İsveçin digər şəhərində baş verib. Naməlum şəxsin törətdiyi yanğın nəticəsində 5 nəfər xəsarət almışdı.