Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 29 Dekabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 29 Dekabr
20:09 29 Dekabr 2014
96 Sosial
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ

Siyasət iqtisadiyyatın üstqurumu, siyasi proseslər iqtisadi proseslərin məntiqi davamıdır. Marksizm və kapitalizmə əsaslanan nəzəriyyələr çox məqamlarda bir-birini inkar etsə də, siyasətin bu tərifini yekdilliklə qəbul edirlər. Siyasi dəyişikliklər, o cümlədən inqilab kimi qəbul etdiyimiz proseslər ilk növbədə iqtisadi böhranların nəticələridir. İllərin sınağından alnıaçıq çıxan bu nəzəriyyə növbəti dəfə özünü Ermənistanın timsalında təsdiqləməkdədir. Avrasiya İqtisadi Birliyinə üzvlüyün formalaşdırdığı şərait və Rusiyanın yaşadığı iqtisadi böhran Ermənistanı da siyasi dəyişikliklərə sürükləyir. 2015-ci il Ermənistan üçün ən ağır illərdən biri olacaq və bunu ölkənin həm hökuməti, həm müxalifəti etiraf edir. İstehsal imkanları az qala sıfıra enən, insan resursları tükənən, əhalinin gəlir səviyyəsi miqrant pullarının həcmindən asılı olan ölkə ciddi sınaq qarşısındadır. Rusiyada davam edən böhrana Ermənistanın dırnaqarası müsbət reaksiya verməsi qanunauyğunluqdur. Ölkədə sürətli bahalaşma, ərzaq qıtlığı Ermənistan iqtisadiyyatının Rusiyaya bağlılığının təzahürüdür. Və proses davam edəcək. Bir çox analitiklərin Rusiya gec də olsa böhrandan çıxa biləcək və ayaq üstə duracaq fikrini mən də bölüşürəm, çünki ölkənin iqtisadi təzyiqlərə müqavimət göstərməsi üçün insan, valyuta və mineral resursları var. Dotasiya hesabına mövcudluğunu qoruyan Ermənistanın iqtisadi böhrana davam gətirmək üçün hansı resursları var? Cavab məlumdur. İqtisadi böhranın ölkədə siyasi dəyişikliklərə səbəb olacağı isə siyasətin qanunauyğunluğudur. Ermənistan parlamentinin deputatı Zauri Postancanyan da bunu demək istəyib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR