Bakıda sürücülərdən biri avtomobili ilə təhlükləli hərəkət edib.
ANS PRESS-in oxu.az-a istinadən verdiyi məlumata görə, dünən axşam saatlarında “Tavriya Slavuta” markalı avtomobilin sürücüsü qeyri-adi hərəkətləri ilə paytaxt sakinlərinin marağına səbəb olub.
Sürücü 10 RF 720 dövlət nömrə nişanlı avtomobili Dağüstü parkdan Bəhramgur heykəlinin qarşısına kimi pilləkənlərlə sürüb.
