İndoneziya “Air Asia”-ya məxsus təyyarənin axtarışına başlayacaq

İndoneziya “Air Asia”-ya məxsus təyyarənin axtarışına başlayacaq
20:47 29 Dekabr 2014
65 Dünya
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 20:36 ]

Bakı-APA. İndoneziyanın Milli axtarış və xilas agentliyi (Basarnas) dekabrın 30-dan “Air Asia” aviaşirkətinə məxsus təyyarənin axtarışına başlayacaq.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, hava əməliyyatı ilə yanaşı axtarışlar quruda da aparılacaq və əsasən Kalimantan adasının qərb hissəsini əhatə edəcək.

 

Xatırladaq ki, Malayziyanın “Air Asia” aviaşirkətinə məxsus Surabayı – Sinqapur marşrutu ilə uçan təyyarədən bazar günü səhərdən etibarən heç bir məlumat almaq mümkün olmayıb. Təyyarənin göyərtəsində 162 nəfər olub. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367666

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR