İndoneziyanın Milli axtarış və xilas agentliyi (Basarnas) dekabrın 30-dan “Air Asia” aviaşirkətinə məxsus təyyarənin axtarışına başlayacaq.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, hava əməliyyatı ilə yanaşı axtarışlar quruda da aparılacaq və əsasən Kalimantan adasının qərb hissəsini əhatə edəcək.
Xatırladaq ki, Malayziyanın “Air Asia” aviaşirkətinə məxsus Surabaya – Sinqapur marşrutu ilə uçan təyyarədən bazar günü səhərdən etibarən heç bir məlumat almaq mümkün olmayıb. Təyyarənin göyərtəsində 162 nəfər olub.