Hollandiya millisinin keçmiş futbolçusu Demi de Zeuv “Linkedin” sosial şəbəkədə özünə yeni komanda axtarışına çıxıb.
ANS PRESS-in məlumatına görə, bu məqsədlə futbolçu “Linkedin” şəbəkəsində özü haqda məlumatlar yerləşdirib.
"Mənim 31 yaşım var, azad agentəm, AZ , "Ayaks", "Spartak" və "Anderlext"də oynamışam, üç çempion titulum və müxtəlif klublarla iki kubok qalibiyəm. Hollandiya yığmasında 27 oyun keçirmişəm. Həmçinin çempionlar liqasında 18 matçda 3 dəfə fərqlənmişəm. Avropada, Yaxın Şərqdə və ya MLS-da komanda axtarıram. Maaş şəhərdən, klubdan və ölkədən asılıdır”, - deyə öz səhifəsində futbolçu yazıb.
De Zeuv yazısına öz oyununun ən yaxşı anlarıyla videoyazını əlavə edib.