Sabah prezidentin sərəncamının icrasına başlanacaq (VİDEO)

Sabah prezidentin sərəncamının icrasına başlanacaq (VİDEO)
22:01 29 Dekabr 2014
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin əfv sərəncamı imzalayıb. Əfv olunanlar arasında tanınmış jurnalist Əvəz Zeynallı və siyasətçi Qurban Məmmədov da var. Eyni zamanda bir müddət əvvəl həbs olunan “NİDA”çılardan da bu sırada olanlar var.

ANS TV-nin məlumatına görə, dövlət başçısı məhkum edilmiş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Prezidentə ünvanlanmış əfv haqqında müraciətlərinə baxıb. Nəticədə məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq əfv sərəncamı imzalayıb. Sərəncama əsasən Azadlıqdan məhrum etmə, Cərimə və İslah işləri cəzasına məhkum edilmiş 86 nəfər və 1 türk vətəndaşı əfv edilib.

Əfv olunanlar arasında “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı da var. O, 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası almışdı. Daha bir jurnalist “P.S Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Əfv ərizəsi yazan daha iki “NİDA”çı sabah azadlığa çıxacaq. Bunlar “NİDA” Vətəndaş Hərəkatının üzvləri Üzeyir Məmmədli və Zaur Qurbanlıdı.

Ötən il yol qəzasına görə həbs edilmiş vəkil Qurban Məmmədov da əfv olunub. Hüquq müdafiəçisi Novella Cəfəroğlu əfv komissiyasına təqdim etdikləri siyahıdan 10 nəfərin sabah azadlığa çıxacağını söyləyib. Onların içərsində İsmayıllı hadisələrinə görə və hicab aksiyalarında həbs olunan şəxslər də var.

Penitensiar xidmətdən ANS-ə verilən məlumata görə, sabah səhər saatlarınadan etibarən əfvin icrasına başlanacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR