Qax rayonunun 13 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılacaq

Qax rayonunun 13 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılacaq
19:13 28 Noyabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Qax, 28 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təmin edilməsi məqsədilə yaxın günlərdə Qax rayonunun 13 kəndində modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılacaq.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Sutəmizləyici qurğuların tikintisi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə həyata keçirilir. Bu məqsədlə kəndlərdə müvafiq yerlər ayrılıb və layihələndirmə işləri başa çatdırılıb.
Tikinti işlərini “Retro-İnşaat” MMC-nin kollektivi yerinə yetirəcək. İş icraçısı Mirsahib Abdullayevin bildirdiyinə görə, layihə üzrə işlərin əsas hissəsinin cari ilin sonunadək görülməsi planlaşdırılır.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qax_rayonunun_13_kendinde_modul_tipli_sutemizleyici_qurgular_qurasdirilacaq-906411

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR