Rusiya baş naziri müavininin Bakı zarafatı

Rusiya baş naziri müavininin Bakı zarafatı
00:36 30 Dekabr 2014
87 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya baş nazirinin müavini Dmitri Roqozin bu gün baş çəkdiyi Blaqoveşşensk şəhərinin hava şəraitini Bakının havası ilə müqayisə etməklə kuryoz vəziyyət yaradıb.

“Vostoçnı” kosmodromunun tikintisi ilə tanış olmaq üçün Blaqoveşşensk şəhərinə gedən D.Roqozin öz Twitter hesabında bu Sibir şəhəri ilə bazar günü səfərdə olduğu Bakının havasını müqayisə edib.

“Blaqoveşşenskin havası Bakının havasından azca fərqlənir” - deyə Roqozin Twitter hesabında yazıb və bu qeydinə bir fotoşəkil də əlavə edib.

Baş nazirin müavininin bu zarafatı internetdə geniş və qızğın müzakirələrə səbəb olub.

Qeyd edək ki, virtualaz.org saytı bu gün D.Roqozinin bazar günü Bakıya səfər etməsi və burada Azərbaycan rəsmiləri ilə danışıqlar aparması barədə xəbər yayıb. Səfərin məqsədi və danışıqların təfərrüatları barədə əlavə məlumat verilmir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=316967

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR