Elçin Behbudov ANS-in sullarını cavablandırdı (VİDEO)

Elçin Behbudov ANS-in sullarını cavablandırdı (VİDEO)
01:16 30 Dekabr 2014
160 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Əfv sərəncamı ilə bağlı hüquq müdafiəçisi İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov “Xəbərçi”nin sullarını cavablandırdı.

- Elçin müəllim, bu adamlarla mütəmadi təmasda olurdunuz, onlarla görüşürdünüz. Onlar bu cür əfvi gözləyirlər, yoxsa həqiqətən də onlar üçün gözlənilməz oldu?

- Öncə əfv fərmanına görə dövlət başcısı İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Ümumiyyətlə biz məhkumlarla, yəni təqsirləndirilən şəxslərlə mütəmadi olaraq monitorinqlər zamanı görüşürük. Onların istəklərindən biri əlbəttə ki, əfv olunmalarıdır. Onlar əfv fərmanını gözləyirdilər.

- Elçin müəllim, əfv fərmanından sonra belə çıxır ki, içəridə Qərbin səsləndirdiyi kimi səsli-küylü məhbus qalmayıb. Təbii ki, Azərbaycan bu addımları atarkən kiminsə - Qərbin, yaxud da Avropanın xoşuna gəlmək üçün atmır. Bu ölkənin daxilindən gələn bir siyasətdir. Amma yenə də içəridə olanları siz təftiş edirsiz, eyni zamanda araşdırısız?

- Azərbaycanın özünün insan hüquqları ilə məşğul olan kifayət qədər hüquq müdafiə təşkilatları var. Qərb dövlətləri isə getsinlər özlərində baş verən hüquq pozuntularını aradan qaldırsınlar.

- İçəridən daha dəqiq desək çıxmaq şansı olan və ümumiyyətlə bu əfvi gözləyən nə qədər insan var?

- Bunu gözləyənlər çoxdur. Əlbəttə ki, məhkumların əksəriyəti əfv olunmaqlarını istiyirlər. Ancaq burda əfv haqqında qanun və əsasnamə var, məhz ona uyğun olmalıdır.

- Əfv olunması ilə bağlı hər bir şəxs müraciət edə bilərmi? Bilərsə bunun mexanizmi necədir? Çünki, adətən bu əfv fərmanları çıxandan sonra televiziyaya bununla bağlı çoxsaylı zənglər daxil olur - biz necə edə bilərik?

- Əfv haqqında əsasnaməyə görə, məhkumun özü, valideyinləri, hüquq müdafiə təşkilatları və vəkillər müraciət edə bilər. O da yalnız əfv vermə haqqındakı əsasnaməyə görə məhkum cəzasının yarısını çəkəndən sonra, əfv olnması ilə bağlı müraciət edə bilər. Özəliklə əfv birbaşa prezidentin müstəsna səlahiyyətlərinə aiddir.

- Əfv olunması ilə bağlı hər bir şəxs müraciət edə bilərmi? Yəni cəza almış istənilən bir məhkum?

- Yenə də məhkum cəzasının yarısını çəkəndən sonra. Əgər ona 10 il müddətinə cəza verilibsə, onun 5 ilini çəkəndən sonra prezidentə əfv olunması ilə bağlı müraciət edə bilər.

- Elə bir cəza alanlar var ki, bu kateqoriya görə onlar azad oluna bilməzlər?

- Əlbəttə var. Çox ağır cinayyət törətmişlər. Bir daha xatırladım ki, bu prezidentimizin müstəsna səlahiyyətinə aid olan işdir. Ola bilər bir, yaxud da iki ildən sonra, baxmayaraq ki, o məhbusa 10 il iş verilib. 3 ildən sonra prezident əfv edə bilər həmin şəxsi.

- Ümumiyyətlə, belə bir addımlar - əfv fərmanı. Bu cür humanist addımlar içəridə və bayırda necə qiymətləndirilir?

- Bu addımlar çox yüksək bir səvviyədə qəbul edilir. Əlbəttə biz hüquq müdafiəçiləri və mənim həmkarlarımın hamısı bu cür əfv fərmanlarına yalnız sevinə bilərik. Bildiyiniz kimi Qurban Məmmədov və Əvəz Zeynallı kimi tanınmış şəxslərlə yanaşı “NİDA”çılardan da əfv olunanlar var. Sabah onlar azadlığa çıxacaqlar.

- Hüquq müdafiəçisi olaraq bir çox insanların hüquqlarını qoruyursunuz. Məhz buna görə mütəmadi olaraq, istər saxlanma təcridxanalarında, istərsə də həbsxanalarda müşahidələr aparırsınız. Sizin özünüz hüquqlarını qorumağa çalışdığınız insanlar varmı bu siyahıda?

- Əlbəttə var və onların bir neçəsi də əfv olunub.

- Əsasən vacib olan amillərdən biri məhkumun azadlığı çıxandan sonra cəmiyyətə adaptasiya olmasıdır. Hazırda adaptasiya sizi qane edirmi?

- Adaptasiya zamanı burada həm dövlətin, həm də cəmiyyətin rolu olmalıdır. Elə şeylər var ki, məhkum azadlığa çıxanda işlə təmin olunmalıdı, yəni onu inciltməməlidirlər. O şəxs özünü sərbəst hiss etməlidi. Cəmiyyətdə öz yerini tutmalıdır, ona keçmiş məhkum kimi baxmamalıdırlar.

- Siz onlarla görüşürsüz. Onlara keçmiş məhkumsan deyə bir damğa vururlar Azərbaycanda?

- Keçmiş məhkumlar mənə müraciət edirlər ki, azadlığa çıxmışıq, amma iş tapa bilmirik, bizə köhnə cinayətkar kimi baxırlar. Belə hallar olur. Bəzən də bildirirlər ki, azadlığa çıxmışıq, lakin sahə müvəkkiləri tərəfindən nəzəratə götürülürlər.

- Allah heç kimin yolunu ordan salmasın. Amma insan taleyi heç bir istisnadan xali deyil. Yəni bu hər kəsin başına gələ bilən bir hadisədir. Hər halda cəmiyyət onları qəbul edib öz vətəndaşı kimi onların yaşaması üçün şərait yartamalıdır?

- Məhkum sabah azadlığı çıxanda, yəni kimdənsə incikli, küsülü vəziyyətdə yox, tam sağlam bir vəziyyətdə ailəsinə qayıtsın.

- Bunu üçün nə çatmır? Öncə dediyiniz kimi iş yerləri. Bunlar üçün Azərbaycanda keçmiş məhkumların cəmləşdiyi bir təşkilat, yaxud da onların işlərini, yəni problemlərini həll edəcək bir qurum varmı?

- Cəzacəkmə müəssisələrində əksəriyətində peşə məktəbləri fəaliyyət göstərir. Əgər məhkumun sənəti yoxdursa, orda ona peşə öyrədirlər və s. Sabah o cəmiyyətə geri dönəndə əlində bir sənəti olsun. Ancaq yaxşı olardı ki, cəzacəkmə müəssisələrində onlara əməyə cəlb olunardılar. Düzdür bəzi cəzacəkmə müəssisələrinin bəzilərində var, amma əksəriyətində isə işsizlikdir. Onlar işləmiş olsalar heç olmasa azadlığa çıxanda əllərində müəyyən məbləğdə pulları olardı.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=317039

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR