Qalmaqallı flm rekordları yenilədi

Qalmaqallı flm rekordları yenilədi
01:29 30 Dekabr 2014
127 Dünya
Ölkə mətbuatı
A- A+

“Sony Pictures” şirkətinin qalmaqallı “The Interview” ("Müsahibə") filmi cəmi dörd gün ərzində şirkətin ən uğurlu onlayn filminə çevrilib.

 

Lent.az-ın “milli.az”-a istinadən məlumatına görə, dekabrın 24-də buraxılan film $15 milyondan (11,8 milyon AZN) artıq gəlir gətirib.

 

Şimali Koreya lideri Kim Çen Ina qarşı uydurulmuş sui-qəsd barədə filmin buraxılışı ilk olaraq Sony tərəfindən dayandırılmışdı. Şimali Koreya filmə görə qəzəblənmişdi və “Sony Pictures” filmlə bağlı haker hücumuna məruz qalmışdı.Kinoteatrlara qarşı hücum təhdidlərinə görə “Sony” filmin buraxılışını dayandırdığını bəyan etmişdi.

 

Filmdə iki jurnalist Şimali Koreya lideri Kim Çen Indan müsahibə götürmək istəyir, lakin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi bunu bilib, jurnalistlərə Şimali Koreya liderini öldürməyi tapşırır.

 

Şimali Koreya “Sony” şirkətinə haker hücumunun arxasında durduğu barədə bütün ittihamları rədd edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR