Bakıda naməlum şəxs xəstəxanaya aparılanda öldü (VİDEO)

Bakıda naməlum şəxs xəstəxanaya aparılanda öldü (VİDEO)
01:41 30 Dekabr 2014
139 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda naməlum şəxs xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsindən ANS TV-yə verilən məlumata əsasən, 28.12.2014-cü il tarixdə gecə saatlarında, paytaxtın Səbail rayonu, Sahil bağından təcili tibbi yardım həkimləri tərəfindən götürülərək xəstəxanaya aparılarkən yolda dünyasını dəyişən naməlum kişinin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Odur ki, şəkildəki bu şəxsi tanıyanlardan və ya onun haqqında hər hansısa bir məlumatı olan şəxslərdən 498-02-02, 437-02-02 şəhər və 050-211-84-88 mobil nömrələrinə zəng etməklə xəbər vermələri xahiş olunur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR