Putin arağı ucuzlaşdırır

Putin arağı ucuzlaşdırır
01:51 30 Dekabr 2014
162 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyada arağın minimal qiyməti 2015-ci il, fevralın 1-dən etibarən aşağı salınacaq.

“Росалкогольрегулирование” dövlət agentliyindəki mənbə “İnterfax”a açıqlamasında ucuzlaşmanın arağa və 28 dərəcədən çox tündlüyü olan bütün alkoqollu içkilərə aid olacağını deyib.

Dövlət agentliyində artıq ucuzlaşma ilə bağlı əmr hazırlanıb. Həmin sənədə əsasən bir şüşə (0,5 litr) araq Rusiya mağazalarında 185 rubldan baha satıla bilməz. İnidi isə orta qiymət 220 rubl təşkil edir. 1 dollar 57,5 rubldur.

Bununla da istehsalçıların satış məzənnəsi yarım litr araq üçün indiki 171 rubldan 162 rubla, topdansatış qiymətləri isə 179 rubldan 170 rubla enəcək.

Bu qanun gələn il fevralın 1-dən qüvvəyə minəcək. Qeyd edək ki, 2014-cü il boyunca araq həmişə bahalaşıb. Sonuncu qiymət artımı avqustun 1-də qeydə alınıb.

Ekspertlər Putin hökumətinin bu “araq islahatları”nı böhran vəziyyətində olan daxili bazara nəzarəti gücləndirmək istəyi ilə izah edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=21&nid=316968

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR