İki rayonda yanğın

İki rayonda yanğın
01:56 30 Dekabr 2014
137 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün Bərdə və Balakən rayonlarında yanğın hadisəsi qeydə alınıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bərdə rayonu, Mirzəxan kəndində vətəndaşa məxsus evin həyətyanı sahəsinə yığılmış 3 ton ot bağlamasının 600 kq-ı yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Balakən rayonu, Katex kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 56 kv.m sahədə və damına yığılmış 4 ton ot bağlaması yanıb. Yanğından tövlənin qalan hissəsi mühafizə olunub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=316969

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR