Həmyerlimiz “O səs Türkiyə”də bu dəfə bəyənilmədi (VİDEO, FOTO)

Həmyerlimiz “O səs Türkiyə”də bu dəfə bəyənilmədi (VİDEO, FOTO)
02:31 30 Dekabr 2014
289 Şou
Ölkə mətbuatı
A- A+

"O səs Türkiyə" müsabiqəsinin son buraxılışında növbəti duello çıxışları baş tutub.

ANS PRESS-in məlumatına görə, yarışmanın bugünkü buraxılışındakı duel mərhələsində həmyerlimiz Çinarə Məlikzadə türkiyəli iştirakçı Büşra Parmaksızla mübarizə aparıb.

Müğənni Hadisənin komandasında çıxış edən duel iştirakçıları Sezen Aksunun məşhur “Sən ağlama” mahnısını ifa ediblər.

Salondakı tamaşaçılar duel çıxışını alqışlarla qarşılayıblar.

Acun İlicalının aparıcılığı ilə Türkiyənin "TV8" telekanalında yayımlanan proqramın münsiflər kürsüsündə oturan müğənnilər Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan ifa ilə bağlı öz fikirlərini bölüşüb.

Onlar iştirakçıların fərqli səsə sahib oldularını və mahnını Sezen Aksu kimi oxumadıqlarını, lakin ümumilikdə bəyəndiklərini bildiriblər.

Sonda seçim edən Hadisə qrupda yolunu Büşra Parmaksızla davam etdirmək istədiyini söyləyib.

Qeyd edək ki, 24 yaşlı həmyerlimiz Çinarə Məlikzadə ölkəmizdə də müsabiqələrdən birində iştirak edib.












Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=317051

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR