ABŞ Fələstin dövlətini tanımayacaq

ABŞ Fələstin dövlətini tanımayacaq
02:54 30 Dekabr 2014
83 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Dövlət Departamenti Fələstin dövlətinin tanınmasına dair qətnamə layihəsini dəstəkləməyəcək.

 

APA-nın “Reuters” agentliyinə istinadən məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratke bəyan edib.

 

O, adıçəkilən qətnamə layihəsini qeyri-konstruktiv adlandıraraq, sənəddə İsrail vətəndaşlarının təhlükəsizliyinin təmin olunmadığını bildirib.

 

Məlum olduğu kimi, dekabrın 17-də BMT Təhlükəsizlik Şurasına müstəqil Fələstin dövlətinin yaranmasına dair qətnamə daxil olub. Qətnamə layihəsini İordaniya irəli sürülüb. Qətnamə layihəsinə əsasən İsrail 2016-cı ilin noyabrınadək qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır. Fələstin mənbələrinə görə, BMT Təhlükəsizlik Şurası məsələyə yaxın günlərdə baxacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189088

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR