Katoliklərin keçmiş lideri papa II İohan Pavelin qəbrini ziyarət etmək üçün İtaliyaya gedən Mehmet Əli Ağca bu ölkədən deportasiya olunub.
ANS PRESS-in məlumatına görə, ziyarət məqsədilə bu ölkəyə gedən Ağca polis tərəfindən saxlanılaraq bir müddət nəzarətdə saxlanılmışdı.
M. Ə. Ağca ötən gecə yerli vaxtla saat 23.00-də təyyarə ilə İstanbula qayıdıb.
Xatırladaq ki, Mehmet Əli Ağca 1981-ci ildə katoliklərin lideri II İohan Pavelə sui-qəsdə cəhd etmişdi.
Uğursuz sui-qəsd cəhdindən sonra saxlanılan Ağca 30 il həbsə məhkum olunmuşdu.
2010-cu il yanvarın 18-də həbsdən buraxılan Ağca papa 16-cı Benediktlə görüşmək istədiyini bildirmişdi.