Ərdoğanın Rusiyaya cavabı: İŞİD-dən kimin neft aldığı bəllidir

Ərdoğanın Rusiyaya cavabı:  İŞİD-dən kimin neft aldığı bəllidir
14:21 2 Dekabr 2015
66 Digər
Ölkə mətbuatı
A- A+

" Türkiyə hakimiyyəti Rusiyanın tətbiq etdiyi sanksiyalarına qarşı cavab addımları üzərində işləyir."

ANS PRESS-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu Qətərə uçuş zamanı müsayiət edən jurnalistlərə deyib.

Onun sözlərinə görə, hakimiyyət “silahlı qüvvələr və digər qurumlarla” məslətləşəcək.
Türkiyədə yaşayan ruslara gəldikdə isə Ərdoğan qeyd edib ki, Türkiyə onların hüquqlarını və tabe olduğu qanunları hörmət etməyə bilməz.

“Türkiyə emosiyalara qapılıb Rusiyadan gələnləri, daşınmaz əmlak alanları və burada yaşayanları ölkədən çıxartmayacaq”, -deyə Ərdoğan bildirib. O həmçinin hesab edir ki, Rusiyadan qaz idxalı dayansa belə Türkiyə batmayacaq.
“Biz ömür boyu təbii qazdan istifadə etməmişik – hamı bilir biz onu nə zaman kəşf etmişik. Bu millət əzab çəkməyə alışıb və Rusiyanın bizə qaz verməyəcəyi təqdirdə belə Türkiyə batmayacaq. Mən artıq demişəm ki, Rusiyadan başqa biz digər ölkələrdən də qaz alırıq. Allahın köməkliyi ilə biz bütün problemlərin öhdəsindən qələcəyik.”

Türkiyə prezidentinin sözlərinə görə, Rusiya hazırki krizisdə problemə emosional yanaşır. “Rusiyanın nümayiş etdirdiyi mövqe diplomatik deyil. Onlar problemə emosional yanaşırlar. Söhbəti sanksiyalardan başlamaq yaxşı deyil. Hamı Rusiyaya qarşı sanskiya tətbiq edəndə Türkiyə bunu etmədi. Biz dedik ki Rusiya bizim strateji tərəfdarımızdır və biz onları ərzaq məhsulları ilə təmin edəcəyik” – deyə Ərdoğan öz fikirlərini bildirib. O, Rusiyanın türk mallarından imtina etməsini dövlət üçün ciddi addım olmadığını deyib.

"Biz bu vəziyyətdə özümüzü ləyaqətli aparırıq. Biz ruslarla onlar bizimlə danışdığı tərzdə danışmırıq – diplomatik olmağa çalışırıq və onlardanda bunu gözləyirik.”


Rusiyanın Türkiyəni İŞİD-dən neft almaqda günahlandırılması haqda danışan Ərdoğan qeyd edib ki, dünya liderləri buna inanmırlar. "Onlar böyük böhtan kampaniyasına başlayıblar. Amma dünya liderləri bu ittihamlara inanmırlar. Onlardan bəziləri ilə danışandan sonra belə qənaətə gəldim.”

Putinin sözlərində əminliyin olmadığını bildirən Ərdoğan bu ittihamların təstiqləndiyi halda istefaya gedəcəyini bir daha söyləyib. “Əgər bu belə olmasa Putin özü getməyə hazırdır?” - deyə Ərdoğan bir daha sual verir.

Türkiyə lideri bu cür ittihamların əvvələr İran tərəfindən də səsləndirildiyini qeyd edib.

“Türkiyənin neft aldığı ölkələr bəllidir. Ən çox nef və qazı biz Rusiyadan alırıq. İrandan ildə 10 milyard kub qaz alırıq. Bundan əlavə Azərbaycan, İraq, Əlcəzair, Qətər, arada Nigeriyadanda alırıq. İŞİD-dən kimin neft aldığı bəllidir. Məsələm bu işdə Corc Həsvanin adı çəkilir – suriyalı Rusiya vətəndaşı. O İŞİD-dən neft alır və Əsəd rejiminə satır. Bu haqda Amerika mənbələri məlumat verir.” – deyərək Ərdoğan həmçinin qeyd edib ki, bu haqda ABŞ prezidenti Barak Obama ilə danışıb və neft məsələsi ilə artıq hər şey bəllidir.

Ərdoğan həmçinin iddia edir ki, əgər Türkiyə onun hava məkanını pozan təyyarənin hansı ölkəyə məxsus olduğunu əvvəlcədən bilsəydi Su-24-ün pilotuna edilən xəbərdaredici siqnalların forması və davamiyyəti başqa cür ola bilərdi.


Suriya ilə sərhəddə vurulan rus təyyarəsindən sonra gərginləşən Rusiya-Türkiyə münasibətləri son günlər daha da gəlizləşir.

Bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.

Bununla da türk şirkətlərinə Rusiyada işləmək qadağan olunub. Sənədə əsasən, Türkiyənin yuridiksiyası altında olan təşkilatlar üçün Rusiyada bir sıra işlərin icra edilməsinə məhdudiyyətlər yaradılır.

Bundan əlavə Rusiya Türkiyə ilə vizasız rejimi dayandırmaq barədə qərar qəbul edib. Rusiya xarici işlər naziri Sergey Lavrov sözlərinə görə, Türkiyə ilə vizasız rejim 2016-cı il yanvarın 1-dən dayandırılır.

Türkiyənin Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiyaya səfərlərini təxirə salmaları barədə xəbərdarlıq edib. Rusiyanın türklərə ölkə girişində yaratdığı çətinliklər, ölkədə çalışan türk pasportlu iş adamlarına qarşı polis yoxlamaları Türkiyəni də hərəkətə keçirib. XİN təcili elan yayaraq vətəndaşlara xəbərdarlıq edib: "Vətəndaşlarımızın adıçəkilən ölkəyə təcili və ciddi önəm kəsb etməyən səyahətlərini təxirə salmasında yarar var".

Rusiyada olan Türkiyə vətəndaşlarına hər hansı problem yaranacağı təqdirdə səfirlik və ya konsulluqlarla əlaqə saxlamaq tövsiyyə edilir.

Noyabrın 24-də Türkiyə qırıcıları Suriya ilə sərhəddə Rusiyaya məxsus həbi təyyarəni vurublar. Məlumata görə, Su-24 təyyarəsi Türkiyə ilə sərhəddi pozduğu üçün vurulub. Rusiya isə bu iddiaları təkzib edir. Vurulan "Su-24" də iki pilot olub. Onlar yanan təyyarədən çıxa bilsələr də, biri silahlılar tərəfindən vurularaq havada öldürülüb. İkinci pilot isə Suriyadakı rus hərbi bazasına təhvil verilib.



Suriya-Türkiyə sərhədində təyyarənin vurulması

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366225

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR