​Azərbaycan Dövlət Neft Fondu iki aya 730 mln. dollar itirib

​Azərbaycan Dövlət Neft Fondu iki aya 730 mln. dollar itirib
14:22 2 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2015-ci il oktyabrın 1-nə olan aktivləri (34,738 mlrd. ABŞ dolları) bu ilin oktyabr-noyabr ayları ərzində 729 mln. dollar məbləğində və ya 2,1% dəyərdən düşüb.
"Report"un analitik qrupu qeyd edir ki, son iki ayda baş verən azalma əsasən Fondun avroda olan aktivlərində qeydə alınıb və təxminən 680 mln. dollara bərabər olub.
İkinci ən çox dəyərdən düşən aktiv isə qızıl olub və dollar ekvivalentində zərər 47,5 mln. dollar təşkil edib.
Bu iki ayda ən çox artan (14 mln. dollar) aktiv isə Türkiya lirəsi olub.
ARDNF-in aktivlərinin bazar dəyərinin dinamikası (oktyabr-noyab, 2015-ci il)
Aktivin növü Məzənnə, dollarla
 (01.10.2015)
Məzənnə, dollarla
 (01.12.2015)
Həcm, mln. ş.v.
(01.10. 2015) Mənfəət/Zərər
(mln. dollar) EUR 1,1180 1,0565 11 026,6 - 678,136 GBP 1,1530 1,5050 1 134,6 - 9,077 AUD 0,7020 0,7230 259,6 5,452 TRY 0,3305 0,3435 1 077,1 14,002 RUB 0,0153 0,0151 31 852,6 - 6,370 KRW 0,00086 0,00088 487 388,5 8,747 CNY 0,1574 0,1563 3 037,2 - 3,341 JPY 0,0083 0,0081 63 953,8 - 12,791 Gold (ons) 1 115 1 0660 970 146 - 47,537 Cəmi: - - - - 729,051


Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycan-dovlet-neft-fondu-iki-aya-730-mln-dollar-itirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR