TİKA BDU magistrlərini təcrübəyə göndərəcək

TİKA BDU magistrlərini təcrübəyə göndərəcək
14:23 2 Dekabr 2015
20 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmovun Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Bakı Proqram Koordinasiya ofisinin (TİKA) koordinatoru Mustafa Haşim Polat və müavini İsmail Gürlek ilə görüşü keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə BDU ilə TİKA arasında imzalanmış müqavilədən sonra həyata keçirilmiş işlərdən, Jurnalistika fakültəsinin Tədris-televiziya və radio studiyasının yenidən qurulmasından danışılıb.

Bildirilib ki, TİKA yeni studiyaya əməkdaşlığa cəlb ediləcək magistrlərə təqaüd verilməsini, onların bu sahədə daha da təkmilləşmələri istiqamətində Türkiyənin media qurumlarnda təcrübə keçmələrinə şərait yaratmağı planlaşdırıb. Görüşdə birgə layihə çərçivəsində Jurnalistika fakültəsinin bir qrup müəllimi və tələbələrinin Türkiyəyə səfərləri, qardaş ölkənin aparıcı universitetlərində və media qurumlarında təlim-təcrübə proqramında iştirak etmələri də xatırladılıb.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR