İranın I vitse-prezidenti Ərbəin mərasimində iştirak üçün İraqa gedib

14:28 2 Dekabr 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Təmkin Cəfərov - Trend:

İranın I vitse-prezidenti İshaq Cahangiri Ərbəin mərasimində iştirak etmək məqsədi ilə İraqa səfər edib. Trend-in məlumatına görə, bu barədə İranın İRNA agentliyi məlumat verir.

İ.Cahangirinin İraqa qeyri-rəsmi səfəri zamanı onu İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli, İran Polisinin komandanı Hüseyn Əştəri və İran həcc və ziyarət təşkilatının sədri Səid Övhədi müşaiyət edir.

Hazırda İrandan 2 milyon 100 min zəvvar Ərbəin ziyarətində iştirak etmək üçün İraqa səfər edib. İraq rəsmilərinin məlumatına görə, ümumiilikdə isə 15 milyon zəvvar bu ziyarətdə iştirak edir.

Qeyd edək ki, hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin şəhadətinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etidyi bildirilir. Bu il Ərbəin milad təqvimi ilə 2 dekabr tarixinə təsadüf edir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2463971.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR