Azərbaycan şahmatçıları “Qatar Masters Open-2015” turnirinin favoritləri sırasındadır

Azərbaycan şahmatçıları “Qatar Masters Open-2015” turnirinin favoritləri sırasındadır
14:28 2 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 19-dan 30-dək Qətərin paytaxtı Dohada şahmat mövsümünün mötəbər turniri olan “Qatar Masters Open-2015” keçiriləcək.
AZƏRTAC xəbər verir ki, doqquz turdan ibarət olacaq açıq turnirdə İsveçrə sistemi tətbiq ediləcək. İkinci dəfə start götürəcək “Qatar Masters” açıq turnirinin favoritləri siyahısında Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da yer alır.
Digər ölkələrdən favoritlər arasında Norveçdən olan hazırkı dünya çempionu Maqnus Karlsen də var. Bundan başqa, turnirə hollandiyalı Aniş Qiri, ABŞ-dan Uesli So, rusiyalı Vladimir Kramnik və eləcə də ukraynalı şahmatçı Vasiliy İvançuk qatılacaq.
Mükafat fondu 130 min ABŞ dolları olan yarışda tanınmış qadın şahmatçılar da təmsil olunacaq. Birinci yerə 27 min, qadınlar arasında ilk mükafatçıya isə səkkiz min dollar veriləcək. Ən yaxşı 20 yaşlı gənc şahmatçı üçün min beş yüz dollar pul mükafatı nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_sahmatchilari_Qatar_Masters_Open_2015_turnirinin_favoritleri_sirasindadir-907524

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR