Latviyanın rifah nazirinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər edəcək

Latviyanın rifah nazirinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər edəcək
14:28 2 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 3-də Latviyanın rifah naziri Uldis Augulisin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərdə olacaq.
AZƏRTAC xəbər verir ki, səfərdə məqsəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nümayəndə heyətləri səviyyəsində görüşün keçirilməsi, iki nazirlik arasında müvafiq fəaliyyət sahələri üzrə əməkdaşlıq məsələlərinin müzakirə edilməsidir. Aparılacaq müzakirələrin nəticələrinə uyğun olaraq iki nazirlik arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığa dair sənədin imzalanması da nəzərdə tutulur.
Nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində bir sıra digər rəsmi görüşlər keçirəcəyi də planlaşdırılır.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Latviyanin_rifah_nazirinin_baschiliq_etdiyi_numayende_heyeti_olkemize_sefer_edecek-907523

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR