Yol qəzası daha bir can aldı

Yol qəzası daha bir can aldı
14:38 2 Dekabr 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend:

Ağcabədi şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə dekabrın 2-də gecə saat 02 radələrində Ağcabədi şəhərində qeydə alınıb. Belə ki, rayon sakini Sahil Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən rayon sakini Şəhriyar İsmayılovu vurub. Ş.İsmayılov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Ağcabədi Rayon Polsi Şöbəsi tərəfindən araşdırma aparılır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2464043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR