x
Loading...
.

Günah ölənin özündədir?

Günah ölənin özündədir?
14:57 2 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+
.

"Mövcud qaz təsərrüfatının texniki sazlığı ilə bağlı məsələdə cavabdehlik birbaşa qaz təsərrüfatının istismarı ilə məşğul olan istehlakçılara həvalə olunub"

Qış mövsümünün gəlməsi ilə dəm qazından zəhərlənərək ölən və xəstəxanaya yerləşdirilənlərin sayı artıb. Hər il evlərdəki qaz sobalarının düzgün quraşdırılmaması və ya ehtiyatsızlıq səsəbindən onlarla adam həyatını itirir.

Bəs görəsən, rəsmi qurumlar bunun qarşısını almaq istiqamətində hansı tədbirlər görürlər?

Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin baş məsləhətçisi Eldar Əhmədov Trend-ə açıqlamasında deyib ki, təmsil etdiyi qurum bu istiqamətdə əsas gücü maarifləndirmə işlərinə verib. E.Əhmədovun sözlərinə görə, sözügedən məsələ ilə bağlı işlər qüvvədə olan mövcud normativ sənəd və qanunların tələblərinə müvafiq həyata keçirilir: "Mövcud qaz təsərrüfatının texniki sazlığı ilə bağlı məsələdə cavabdehlik birbaşa qaz təsərrüfatının istismarı ilə məşğul olan istehlakçılara həvalə olunub. Yəni ki, vətəndaşların özlərinə. Vətəndaşlarımızın daha dolğun təhlükəsizlik qaydalarına əməl etməsi, dövrü olaraq tüstü bacalarının vintilyasiya kanallarının təmizlənməsinin təmin edilməsinə dair maarifləndirilməsi üçün nazirlik tərəfindən müvafiq video-çarxlar hazırlanıb".

E.Əhmədov qeyd edib ki, bununla yanaşı görülən profilaktik xidmət kimi qaz təsərrüfatının birbaşa təsisatçıları olan "Azəriqaz" İstehsalat Birliyində evlərdəki dəm qazının təhlükəsizliyinə məzarət xarakterli tədbirlər həyata keçirilir: "Yəni "Azəriqaz" İstehsalat Birliyinin abonentlərinin nəzdində mövcud qaz təsərrüfatının texniki vəziyyətinə baxış keçirmək üçün qurum yaradılıb. Bu qurumun işinin necə təşkil olunması həmin agentliklər tərəfindən dövri olaraq yoxlanılır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR