Yanan evini ağıllı telefonu ilə söndürdü - FOTO

Yanan evini ağıllı telefonu ilə söndürdü - FOTO
14:57 2 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Qonşuluğundakı evlərdən birində yanğın baş verdiyini görən avstraliyalı Simon Maddoks çox ağıllı davranaraq yüzlərlə kilometr uzaqdan evinin yanmasının qarşısını alıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəbərlər proqramında qonşuluğundakı evlərdən birində yanğın olduğunu görən Maddoks evin həyətində sulama sistemini daha öncə ağıllı telefonuna yazdığı bir proqramla sinxronizasiya edərək yüzlərlə kilometr uzaqdan istifadə edərək və evinin yanmasının qarşısını alıb.

Qeyd edək ki, texnologiya ilə daim maraqlanan Maddoks yanğından öz evinin xilas olduğunu, amma qonşularının evinin böyük hissəsinə zərər dəydiyini söyləyib. "Əgər xəbərləri 3 dəqiqə gec görsəydim, yəqin ki, mənim də evim yanıb kül olacaqdı", - deyən professor tvitterdə bu barədə fikrini paylaşaraq qonşusunun da evinin şəklini yerləşdirib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR