Soydaşımıza Özbəkistanın “Dostluq” ordeni təqdim edilib

Soydaşımıza Özbəkistanın “Dostluq” ordeni təqdim edilib
15:08 2 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Daşkənd, 2 dekabr, AZƏRTAC
Bu ilin sentyabr ayında Özbəkistanın müstəqilliyinin 24-cü ildönümü münasibətilə Prezident İslam Kərimovun fərmanları ilə ölkənin elm, təhsil, səhiyyə, ədəbiyyat, mədəniyyət, incəsənət və digər sahələrində xidmətlərinə görə bir qrup şəxs orden və medallarla təltif edilib.
Dekabrın 2-də Daşkənddəki Həmzə adına Akademik Dram Teatrında mükafatların təqdim edilməsi mərasimi olub.
Özbəkistan Prezidentinin müşaviri Xayriddin Sultanov mükafatlandırılanları təbrik edib.
“Dostluq” ordeni alanlar arasında Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Mobil Məmmədov da olub.
M.Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. O, hazırda Özbəkistan-Azərbaycan “Komprador” Birgə Müəssisəsinin baş direktorudur. M.Məmmədov 2010-cu ildən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədridir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR