Dekabrın 6-dək hava şəraiti qeyri-sabit keçəcək

Dekabrın 6-dək hava şəraiti qeyri-sabit keçəcək
15:08 2 Dekabr 2015
99 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi barədə əhaliyə xəbərdarlıq edib.
AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra dekabrın 3-dən başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, dekabrın 6-dək qeyri-sabit keçəcəyi, arabir yağıntılı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Dekabrın 4-də gecə və səhər yarımadanın bəzi yerlərində yağışın sulu qara keçəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə düşəcək.
Azərbaycanın rayonlarında dekabrın 3-dən başlayaraq dekabrın 6-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dekabrin_6_dek_hava_seraiti_qeyri_sabit_kechecek-907535

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR