Buz sındı: Lavrov və Çavuşoğlu görüşəcək

Buz sındı: Lavrov və Çavuşoğlu görüşəcək
15:14 2 Dekabr 2015
43 Dünya
Ölkə mətbuatı
A- A+

Dekabrın 3-4-də Belqradda keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısında Türkiyə və Rusiya xarici işlər nazirlərinin görüşü baş tuta bilər.

 

APA-nın xəbərinə görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib.

 

S. Lavrov “Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun görüşmək təklifini rədd etməyəcəyəm, NATO və Rusiya arasında danışılacaq çox mövzu var, biz bunları müzakirə etməyə hazırıq” deyə, bildirib.

 

 

Qeyd edək ki, toplantıda Azərbaycan xarici işlər Naziri Elmar Məmmədyarov da iştirak edəcək. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR