İŞİD-in neftini satan rus vətəndaşının adı açıqlandı

İŞİD-in neftini satan rus vətəndaşının adı açıqlandı
15:16 2 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Maliyyə Nazirliyi bir neçə gün əvvəl Bəşər Əsəd hakimiyyətini İŞİD terror qruplaşmasından neft almaqda ittiham edib.

ANS PRESS-in məlumatına görə, vasitəçi olan şəxsin Suriya əsilli Rusiya vətəndaşı Corc Həsvani olduğu bildirilib.

Qeyd edilib ki, Suriyanın neftlə zəngin torpaqları Bəşər Əsədin nəzarətindən çıxaraq terrorçuların əlinə keçib. Bu səbəbdən də Əsəd "qara qızıl"ı İŞİD-dən almağa məcbur olub.

ABŞ rəsmiləri həmin ticarətə vasitəçilik edən şəxslərin adlarını açıqlayaraq onların mülkünə həbs qoyub.



Adları çəkilənlərdən ikisi isə xüsusilə diqqət çəkir. Onlardan biri Suriyada anadan olan Rusiya vətəndaşı Corc Həsvanidir. O, "HESCO Mühəndislik və İnşaat" (HESCO Engineering & Construction) adlı şirkətin köməyi ilə alış-satışa vasitəçilik edib.

Onun fəaliyyətini Avropa İttifaqı da təsbit edib və həmin şəxsin adını qara siyahıya salıb.

Avropa İttifaqının qara siayshısında olan digər şəxs isə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti və Rusiya vətəndaşı Kirsan İlyumjinovdur.

Onun Suriya Mərkəzi Bankının əməliyyatları gizlətməsinə və qeydiyyatdan yayındırmasına köməklik göstəridiyi deyilir.


Rusiya prezidenti Vladimir Putin və FIDE prezidenti Kirsan İlyumjinov

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366212

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR