"Oxumağı yadırqamışam" - Nazim Məmmədov

"Oxumağı yadırqamışam" -  Nazim Məmmədov
15:21 2 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bəstəkar Aygün Səmədzadənin yaradıcılıq gecəsində yaşanan ən maraqlı məqamlardan biri müğənni Nazim Məmmədovun onunla eyni səhnəni bölüşməsi olub.

Axşam.az-a açıqlama verən N.Məmmədov təəssüratlarını bölüşüb:

 “Günorta saatlarında Aygün xanıma zəng vurub, uğurlar diləmək istədim. O isə əvəzində məni konsertdə çıxış etməyə çağırdı. Aygün xanımın illər öncə bəstələdiyi, sözləri Sevinc Çılğına məxsus “Mən də varam” adlı əsəri məşqsiz tamaşaçılara təqdim etdik. Hiss etdim ki, hər kəs çox bəyəndi. Aygün Səmədzadə nəhəng bəstəkardır və onun müşayiəti ilə olan hər bir çıxış möhtəşəm alınır. Məni Teymur Göyçayevin rəhbərliyi ilə Kamera Orkestrı da müşayiət edib. Bu cür əvəzolunmaz insanlarla bir səhnəni bölüşərkən, anladım ki, oxumağı yadırqamışam. Amma bu hissləri mənə yaşadan Aygün xanıma sonsuz təşəkkür edirəm”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=41793

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR