Bu il Azərbaycanda 1804 nəfər zəhərlənib

Bu il Azərbaycanda 1804 nəfər zəhərlənib
15:29 2 Dekabr 2015
24 Sosial
Ölkə mətbuatı
A- A+

Cari ilin 9 ayı ərzində Səhiyyə Nazirliyinin Kliniki Tibb Mərkəzinin Toksikologiya şöbəsinə 1804 xəstə daxil olub.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlardan evdə lazımi şəraitdə saxlanmamış və istifadə müddəti bitmiş dərman preparatlarından zəhərlənmə diaqnozu ilə 700-ə yaxın xəstə, alkoqol ilə zəhərlənmələrlə – 89 xəstə, üzvü həlledicilərlə zəhərlənmələrlə – 63 xəstə, yandırıcı məhlullarla zəhərələnmələrlə – 245 xəstə, məişət kimya məhsulları ilə zəhərlənmələrlə - 5 xəstə, dəm qazı və digər toksiki qazlarla zəhərələnmərlə – 249 xəstə, pestisidlərlə zəhərələnmələrlə - 64 xəstə, göbələk və zəhərli bitkilərlə zəhərələnmələr – 31 xəstə, zəhərli heyvanlarla bağlı zəhərlənmələr – 68 xəstə, kəskin toksiko-allerqik reaksiyalar və digər zəhərlənmələrlə – 236 xəstə daxil olub.

Nazirlik bildirir ki, vaxtında şöbəyə müraciət edənlərin hər birini xilas etmək mümkün olub.

Qeyd edək ki, dəm qazından zəhərlənmə, ilan və əqrəb sancma, üzvü zəhərlənmələr, dərman preparatından zəhərlənmə, pestisid zəhərlənmə diaqnozu il ərzində Toksikologiya şöbəsinə orta hesabla 2000-2100 xəstə müraciət edir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223665

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR