21 Azər hərəkatına həsr olunmuş elmi konfrans

15:33 2 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 2-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “21 Azər – 70” mövzusunda elmi konfrans keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, institutun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva 21 Azər hərəkatının Azərbaycan tarixində yeri və rolundan, məqsəd və məramından bəhs edib.
AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsini icra edən, akademiyanın müxbir üzvü Nərgiz Axundova 21 Azər hərəkatı ilə bağlı Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatları yüksək dəyərləndirib.
İnstitutun aparıcı elmi işçisi Əkrəm Rəhimli, baş elmi işçi, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi, şöbə müdirləri Vidadi Mustafayev, Səməd Bayramzadə və digər alimlər məruzə ilə çıxış edərək 21 Azər hərəkatının mahiyyətindən danışıb, fikirlərini bölüşüblər.
Sonra məruzələr ətrafında çıxışlar olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/21_Azer_herekatina_hesr_olunmus_elmi_konfrans-907549

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR