"Azəriqaz"ın nazirliyə qarşı şikayəti təmin edilmədi

"Azəriqaz"ın nazirliyə qarşı şikayəti təmin edilmədi
15:37 2 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Apellyasiya Məhkəməsində "Azəriqaz" İstehsalat Birliyinin (İB) Səhiyyə Nazirliyinə qarşı şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, "Azəriqaz" İB istifadə olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib. Həmin qətnamə ilə razılaşmayan İB isə apellaysiya şikayəti verib. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR