ADRA-da “Siqaret dəbdir!?” adlı sərgi açılıb

ADRA-da “Siqaret dəbdir!?” adlı sərgi açılıb
15:38 2 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, Flora Şükürova, AZƏRTAC
Dekabrın 2-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində “Siqaret dəbdir?!” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi ADRA-nın təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə təşkil edilib. Sərginin məqsədi gənc xanımlara siqaretin onlara və cəmiyyətə verdiyi zərərlərlə bağlı düzgün məlumat çatdırmaqdır. Layihə sərgidə nümayiş olunan şəkillər vasitəsilə xüsusilə qadınlara siqaretsiz həyat tərzini seçərək zərif və sağlam olmağı tövsiyə edir.
Sərgidə akademiyanın tələbələrinin və gənc rəssamların mövzunu əks etdirən əl işləri nümayiş olunub. İki gün davam edəcək sərgidə, həmçinin gənc xanımlarla “Siqaret dəbdir?!” mövzusunda diskussiyalar aparılacaq, onlara maarifləndirici məlumatlar veriləcək.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ADRA_da_Siqaret_debdir_adli_sergi_achilib-907550

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR