Xoşqədəmlə barışdılar - FOTO

Xoşqədəmlə barışdılar - FOTO
15:47 2 Dekabr 2015
172 Digər
Ölkə mətbuatı
A- A+

Teleaparıcı Rövşanə mərasimlərin birinə qatılıb.

Qafqazinfo-nun məlumatına görə, teleaparıcı həmkarı Xoşqədəm Hidayətqızı ilə arasında baş verən kiçik qalmaqala yenidən münasibət bildirib:

"Xoşqədəm xanımla çox gözəl münasibətimiz var. Biz bir-birimizə hörmət edirik. Başqa heç bir problemdən söhbət gedə bilməz. Biz bir kanalda çalışırıq. Hər kəs öz fikrini bildirir, digərlərinin fikirlərinə isə hörmətlə yanaşır. Görəndə salamlaşırıq, münasibətlərimiz yaxşı səviyyədədir".

Teleaparıcı yeni verilişində özünü rahat hiss etdiyini bildirib:

"Verilişlərin daha ciddi olması məni çox sevindirir. ANS TV-nin öz qanunları var. Əvvəlki verillişimdə qalmaqal və əsəbdən yorulurdum. "Yoldaş Rövşanə" verilişində ziyalı təbəqənin evində, çay süfrəsi ətrafında söhbət etmək daha xoşdu".

Qeyd edək ki, bir müddət əvvəl Xoşqədəm Hidayətqızının verilişdə ürəyi getmişdi. Məsələyə "Günə baxan" proqramında Rövşanə Ağasəfqızı münasibət bildirmişdi, ürəkgetmənin dəb olduğunu bildirmişdi.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387053.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR