Türkiyəli alim beyin xərçənginı səbəb olan mexanizmləri kəşf edib

Türkiyəli alim beyin xərçənginı səbəb olan mexanizmləri kəşf edib
15:58 2 Dekabr 2015
90 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Türkiyəli alim Murat Günel beyin xərçənginin müalicəsində dünyada iz açacaq ixtiraya imza atıb.
AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, Yel Universitetinin beyin cərrahiyyəsi əsas elmlər fakültəsinin professoru Murat Günel Türkiyə və Almaniyadan olan alimlərlə birgə apardığı araşdırmalar zamanı beyində xoşxassəli şişlərin xərçəngə çevrilməsinə səbəb olan mexanizmləri kəşf edib. Bununla bağlı araşdırmalar “Nature Genetics” elmi jurnalında yayımlanıb.
Türkiyəli professorun sözlərinə görə, beyin xərçənginin müalicəsində onun yaranma səbəblərini bilmək çox vacibdir. Beyin şişlərinin ən çox ölümə yol açan xərçəng növü olduğunu bildirən Murat Günel deyib: “Beyin şişləri bəzən xoşxassəli olaraq başlayır. Uzun müddətdən sonra bədxassəli olur və təəssüf ki bir il içində ölümlə nəticələnir. Biz Türkiyə və Almaniya ilə ortaq bir araşdırma apardıq. 41 xəstə müəyyən etdik. Bu xəstələrdə beyin şişləri sonradan xərçəngə çevrilmişdi. Araşdırma apardır və bunun necə əmələ gəldiyini öyrəndik.”

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiyeli_alim_beyin_xerchengini_sebeb_olan_mexanizmleri_kesf_edib-907559

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR