​Azərbaycan Kubokunda ilk iki 1/4 finalçı müəyyənləşib

​Azərbaycan Kubokunda ilk iki 1/4 finalçı müəyyənləşib
16:02 2 Dekabr 2015
35 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinə vəsiqə qazanan ilk 2 komanda müəyyənləşib. "Report"un məlumatına görə, "İnter" və "Sumqayıt" komandaları ölkə kuboku uğrunda mübarizəni davam etdirəcək.
"Bankirlər" 1/8 final mərhələsinin oyununda "Turan Tovuz"a səfərdə qalib gəlib - 3:1. "İnter"in heyətində Laşa Kasradze və Abbas Hüseynov fərqlənib. Qalan iki top isə meydan sahiblərinin adına yazılıb. Azər Məmmədov Bakı təmsilçisinin qapısına yol tapıb. Səbayel Bağırov isə avtoqola imza atıb. "İnter"in 1/4 finaldakı rəqibi sabah keçiriləcək "Rəvan" - "Bakı" oyununun qalibi olacaq.
"Sumqayıt" isə səfərdə "Neftçala"dan üstün olub. Qonaqların heyətində PərdisFərcad-Azad fərqlənib. "Gənclik şəhəri" təmsilçisi 1/4 finalda "Qarabağ" - "Şəmkir" cütünün qalibi ilə üz-üzə gələcək.
Azərbaycan Kuboku, 1/8 final
14:00. "Turan Tovuz" – "İnter" (Bakı) - 1:3 
Qollar: Azər Məmmədov, 15 - Səbayel Bağırov, 5 (avtoqol). Laşa Kasradze, 24. Abbas Hüseynov, 27 
14:00. "Neftçala" – "Sumqayıt" 0:1 
Qol: Pərdis Fərcad-Azad, 89

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/azerbaycan-kubokunda-ilk-iki-1-4-finalci

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR