Zaur Svanadze: "Bu oyundan sonra “Qarabağ”ı düşünməyə başlayırıq"

Azərbaycan kubokunun 1/8 finalı çərçivəsində oynanılan görüşdə "İnter"in "Turan Tovuz"u 3:1 hesabı ilə məğlub etdiyi barədə xəbər vermişdik.

Oyundan sonra "İnter"in baş məşqçisi Zaur Svanadze mətbuat nümayəndələrinin qarşısına çıxıb. Gürcü mütəxəssislərin fikirlərini sizinlə bölüşürük:

"Qələbəyə görə çox şadam, amma bizim üçün ağır oyun oldu. Yaxşı ki qələbə qazandıq. Bu oyundan sonra “Qarabağ”ı düşünməyə başlayırıq. Heyətlə bağlı problemlərimiz var. Bütün bunlara baxmayaraq, növbəti görüşləri düşünməliyik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR