Zaur Svanadze: "Yaxşı ki, qələbə qazandıq"

Zaur Svanadze: "Yaxşı ki, qələbə qazandıq"
16:27 2 Dekabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Kubokunun 1/8 final mərhələsində I divizion klubu “Turan Tovuz”u 3:1 hesabı ilə məğlub edən məğlub edən “İnter” mərhələ adlayıb. Oyundan sonra baş məşqçilər fikirlərini bildirib:

Zaur Svanadze (“İnter”in baş məşqçisi): “Qələbəyə görə çox şadam, amma bizim üçün ağır oyun oldu. Yaxşı ki, qələbə qazandıq. Bu oyundan sonra “Qarabağ”ı düşünməyə başlayırıq. Heyətlə bağlı problemlərimiz var. Bütün bunlara baxmayaraq, növbəti görüşləri düşünməliyik”.

Nizami Sadıqov (“Turan Tovuz”un baş məşqçisi): “Komandalar arasında fərq böyükdü. Çatışmazlıqlarımız var. Bütün bunlar elita klubları ilə oyunda daha aşkar görünür. Biz bu gün mübarizə aparsaq da, səhvlərimiz vardı. Onları aradan qaldırmağa çalışacağıq”.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-zaur-svanadze-quotyax-ki-qlb-qazandqquot-t45881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR