Argentina Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Maurisio Makriyə

16:28 2 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Hörmətli cənab Makri,
Argentina Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Argentina arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Argentina xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 2 dekabr 2015-ci il.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Argentina_Respublikasinin_yeni_sechilmis_Prezidenti_Zati_alileri_cenab_Maurisio_Makriye-907575

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR