Mərkəzi Bank manatın məzənnəsini saxlamaq üçün 7,5 milyard dollar sərf edib

Mərkəzi Bank manatın məzənnəsini saxlamaq üçün 7,5 milyard dollar sərf edib
16:33 2 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Ənvər Məmmədov - Trend:

2015-ci ilin noyabrında Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları oktyabrla müqayisədə 589 milyon dollar (8,62 faiz) - 6 245,6 milyon dollaradək azalıb.

Trend xəbər verir ki, bu barədə AMB-nin statistik məlumatında deyilir.

2015-ci ilin əvvəlindən AMB-nin valyuta ehtiyatları 7 512,7 milyon dollar (54,6 faiz) azalıb.

Valyuta ehiyatlarının azalması ötən ilin iyul ayından müşahidə edilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2464142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR