Hitlerin kitabı yenidən satışda

Hitlerin kitabı yenidən satışda
16:41 2 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

İkinci dünya müharibəsindən sonra nəşri qadağan edilən Adolf Hitlerin kitabı yenidən dərc ediləcək.

ANS PRESS-in məlumatına görə, Almaniyanın Münhen Çağdaş Tarix İnstitutu millətçi-sosialistlərin manifestinə çevrilən Adolf Hitlerin "Mayn Kampf" (Mənim mübarizəm) adlı kitabını 2016-cı ilin yanvar ayında nəşr etmək fikrindədir.

İnstitutun direktoru Andreas Virşin bildirib ki, burada yer alacaq şərhlər kitabla bağlı mifləri sındıracaq.

İki cilddən ibarət olacaq kitabda, ümumilikdə iki min səhifə olacaq və 59 avro dəyərində satılacaq. Birinci tirajın 3,5-4 minə qədər nüsxədən ibarət olduğu deyilir.



Bundan əvvəl Hitlerin "Mayn Kampf"-ı Fransa nəşriyyatı Fayard nəşr etmək istəyib. Onlar, həmçinin, kitabda tənqidi analizlər yerləşdirməyi planalaşdırıb.

Adolf Hitler “Mənim mübarizəm” kitabını 1924-cü ildə baş tutmayan üsyandan sonra həbsxanada olduğu müddətdə yazıb. İkinci dünya müharibəsindəki məğlubiyyətdən sonra Berlindəki sığınacaqda intihar etdiyi deyilən Adolf Hitlerin kitabının müəllif hüququları Bavariya hökumətində olub. Bu haqq dekabrın 31-də qüvvədən düşür.
Bu kitab bir çox ölkədə bu əsər ekstremist materiallar siyahısına daxil edilib.


Adolf Hitlerin "Mayn Kampf" (Mənim mübarizəm) adlı kitabı


Adolf Hitler - nasizm ideyasının yaradıcısı, Alman Nasional Sosialist Fəhlə Partiyasının (NSDAP) sədri, 1933-1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti olub. Adolf Hitler tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Adolf Hitler 1889-cu il aprelin 20-də Avstriyanın Braunau şəhərində anadan olub, 1913-cü ilin mayında Hitler Münhen şəhərinə köçüb. Könüllü olaraq, 1914-cü ilin sentyabrında Birinci Dünya müharibəsinə qatılaraq, cəbhəyə yollanır. Adolf Hitler hakimiyyətə 1933-cü il yanvarın 30-da gəlib. Bundan sonra Almaniyada nasistlər xeyli gücləniblər. Hitler ilk günlərdən etibarən ölkədə demokratik azadlıqları ləğv etməyə və siyasi rəqiblərinə qarşı açıq terrora başlayıb.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366229

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR