Dövlətçiliyimizin rəmzi olan bayrağımız qürur mənbəyimizdir

Dövlətçiliyimizin rəmzi olan bayrağımız qürur mənbəyimizdir
16:43 2 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+


Şahbuz, 2 dekabr, Rauf Əliyev, AZƏRTAC
Üçrəngli bayrağımızın dövlətçilik rəmzi kimi yenidən yüksəldilməsi siyasi tariximizdə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda muxtar respublikanın Şahbuz şəhərindəki Bayraq Meydanında keçirilən tədbirdə bu barədə danışılıb.
Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Şahbuz rayon təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil edilən tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Muradov noyabrın 18-də istifadəyə verilmiş Bayraq Meydanı haqqında tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.
Bildirilib ki, meydandakı bayraq dirəyinin hündürlüyü postamentlə birlikdə 50 metrdir. Burada dalğalanan bayrağın uzunluğu 16, eni isə 8 metrdir. Səkkizguşəli ulduz formasındakı postament eyni quruluşa malik sütunlarla əhatə olunub. Milli ornamentlərin əks olunduğu memarlıq elementləri ilə dizayn edilmiş Bayraq Meydanında müasir işıqlandırma sistemləri quraşdırılıb, güllər əkilib, oturacaqlar qoyulub. Həmçinin meydanın ətrafında da geniş abadlıq işləri görülüb, 4 hektar sahədə meyvə bağı salınıb.
Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Rauf Bağırov Azərbaycanın dövlətçilik tarixi, dövlət atributları haqqında məlumat verib. Qeyd edilib ki, 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi Qərar qəbul olunub və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi təsis edilib. Eyni zamanda, üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət qaldırılıb. Ulu Öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev də Azərbaycanın dövlət rəmzlərini və atributlarını daim uca tutur.
Sonda gənclərin Bayraq Meydanı ərazisində gəzintisi olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovletchiliyimizin_remzi_olan_bayragimiz_qurur_menbeyimizdir-907583

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR