Rusiya bu ölkələrə nəzarəti itirir

Rusiya bu ölkələrə nəzarəti itirir
16:46 2 Dekabr 2015
62 Digər
Ölkə mətbuatı
A- A+

Monteneqronun Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv qəbul edilməsinə dair razılıq əldə olunub.

ANS PRESS-in məlumatına görə, bu barədə qərar təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin Monteneqroda keçirilən iclasında təsdiqlənib.

NATO baş katibi Yens Stoltenberq Monteneqronun nümayəndə heyətini təşkilata üzv qəbul edilməsi münasibəti ilə təbrik edib. Monteneqro NATO-nun 29 üzvündən biri olub.

Monteneqronun hərbi təşkilata üzv olmasına ən çox etiraz edən dövlət isə Rusiya idi. Monteneqronun NATO-ya üzvülük xəbəri yayıldıqdan sonra Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib ki, NATO-nun şərqə tərəf hərəkət etməsi Rusiyanı narahat edir.


Dmitri Peskov - Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri


“Moskva həmişə müxtəlif səviyyələrdə bildirib ki, NATO-nun, onun hərbi infrastrukturunun şərqə doğru genişlənməsi şərqin, yəni Rusiyanın təhlükəsizliyi və maraqların bərabərliyini təmin etmək məqsədilə cavab addımlar atmasına gətirib çıxaracaq”.



NATO-nun Rusiya sərhədlərinə daha da yaxınlaşması Moskvanı narahat etməyə bilməz. NATO Rusiya ilə sərhəddə yerləşən Latviya, Estoniya, Litvanı bir müddət əvvəl üzv qəbul edib. Ukrayna və Gürcüstanla isə yaxın əməkdaşlıq edir. Bütün bu dövlətlər Sovet İttifaqı vaxtı Rusiyanın nəzarətində olub. Hazırda isə dövlətlər bir – bir Rusiyanın nəzarətindən çıxır.

Millət vəkili, politoloq Rasim Musabəyovun sözlərinə görə, Monteneqronun NATO-ya üzv qəbul edilməsi Rusiyanın siyasətinin iflasa uğradığını nümayiş etdirir: “Keçmiş Yuqoslaviyaya ölkələrini hissə - hissə NATO –ya qəbul edirlər. Monteneqronun Rusiya ilə sərhədi olmasa da, onlar tarixən ruslara çox yaxın olub. Amma indi Rusiyaya yaxın olan dövlət həmçinin o ölkənin daxilində yaşayan xalq NATO –ya üzv olmaq istəyir. Bu bir daha Rusiyanın slavyanlar və provaslavlara dair himayə siyasətinin iflasa uğradığını göstərir”.


Rasim Musabəyov - Millət vəkili, politoloq


Məlumdur ki, Rusiyanın NATO üzvü olan Türkiyə ilə münasibətləri qırıcı qalmaqalından sonra kəskin pisləşib. Türkiyə mətbuatı Monteneqronun NATO-ya üzv qəbul edilməsini Rusiyaya qarşı bir zərbə kimi qiymətləndir. Ümumilikdə isə NATO İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Sovet İttifaqına qarşı yaradılıb. Həmin vaxt Sovet İttifaqı isə onun nəzarətində olan ölkələri ətrafına toplayaraq hərbi Varşava Müqaviləsi Təşkilatı yaratdı. İki hərbi blokun uzun müddət apardığı “Soyuq müharibə” NATO-nun qalibiyyəti ilə başa çatdı.


NATO-ya daxil olan dövlətlər


NATO Sovet İttifaqını hədəf seçsədə onu süquta uğratıqdan sonra fəaliyyətini dayandırmadı. Hazırda Sovet İttifaqının xələfi Rusiyaya qarşı mübarizə aparan NATO onun sərhədlərinə yaxınlaşmaqda davam edir. Dünyanın əksər münaqişə ocaqlarında Rusiya – NATO qarşıdurması açıq formada ortaya çıxır. Hətta Rusiya NATO–ya qarşı Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatını yaradıb. Amma rəsmi Moskvanın yaratdığı təşkilat NATO qədər güclü deyil.

Qarşısında heç bir hərbi təşkilatın dayanmadığı NATO Rusiyanın əleyhinə siyasət yeridən dövlətlərin əksəriyyətini öz ətrafında toplayıb. Türkiyədə bu hərbi təşkilata Sovet Rusiyasına görə daxil edilib. NATO Türkiyəni sovet kommunizmindən müdafiə etmək üçün tərkibinə qəbul edib. İndi isə Türkiyə ilə Rusiya arasında münasibətlərin gərgin olduğu bir vaxtda Monteneqro NATO-ya qəbul olundu. Bütün bunlar 1991 –ci ildə dağılan iki qütblü dünya anlayışının yenidən bərpa olunacağına bir işarədir. Çünki Rusiya və NATO –nun bir – birinə qarşı mübarizəsi günü - gündən artır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366221

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR